AZ

Mənzil bazarında durğunluq: Bakıda evlər niyə alınmır?

Hazırda mənzil bazarında durğunluq hökm sürür. Ötən aylarla müqayisədə indi alıcılıq qabiliyyəti xeyli aşağı düşüb.

Bəs görəsən, insanların evə ehtiyacı yoxdur,  yoxsa ev almaq üçün vəsait yoxdur? Mənzil bazarında durğunluq hökm sürməsinə səbəb nədir? 

Məsələ ilə bağlı Yenisabah.az-a əmlak eksperti Ramil Qasımzadə danışıb. Ekspert bildirib ki, hazırda mənzil bazarında alıcılıq qabiliyyəti çox aşağıdır:

“Keçən il qiymət artımı kəskin oldu. Biz bunu hər 4-5 ildən bir müşahidə edirik. Əvvəlcə artım olur, sonra stabillik hökm sürür. Hal-hazırda bazarda alıcı demək olar ki, qıt səviyyədədir. İnsanlar qiymətinə öyrəşmədiyi üçün bahalı mənzilləri almağa tez cəsarət etmirlər. 

Alıcılar müəyyən müddətdən sonra mövcud qiymətləri qəbul edirlər. Məsələn, keçən il 100 min manatlıq evi bu il 130 minə təklif edirlər. Vətəndaşlar bunu böyük artım kimi qiymətləndirirlər və ilk növbədə buna vəsait yatırmaqdansa, gözləmə mövqeyinə keçirlər.” 

R.Qasımzadə alıcının qıt, ehtiyacın isə çox olduğunu vurğulayıb:

“Hazırda bazarda real qiymətə olan mənzil dərhal satılır. Məsələn,1 otaqlı mənzil üçün 100-120 min manat ödəmək istəmirlər. Hesab edirlər ki, bahadır. Lakin qiyməti bir qədər aşağı görəndə, məsələn, 75-80 min manata görəndə dərhal alırlar. Çünki bu qiymət bir neçə il öncədən də var idi. Yəni artıq insanlar o qiymətə öyrəşiblər. Ümumiyyətlə, zaman keçdikcə qiymətdə də, tələbat yaranacaq. Xidmətin, məhsulun dəyəri ildən-ilə artır. Artması da hər şeyə ümumilikdə təsir edir”. 

Şeyla Səmiyeva 


Telegram kanalımız
Seçilən
5
2
Mənbələr
Şərh ()
Bağla