AZ

“İrandan verilən təlimatlar İsrail-HƏMAS arasında fikir ayrılıqlarına gətirib çıxardır” - Politoloq

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib ki, İsrail və Həmas öz aralarındakı danışıqların pozulmasında günahkardırlar: “Hər dəfə sövdələşməyə yaxınlaşanda və danışıqlarda təqdim olunacaq yeni ideyalar tapılanda hər iki tərəfdən təxribat baş verir”.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Herbiand.az-bildirib ki, HƏMAS-İsrail arasında aparılan danışıqlar o demək deyil ki, tərəflər arasında sülh müqaviləsi və ya barışıq əldə olunacaq. Xeyr:

“İsrail hazırda Refah şəhərində hərbi əməliyyatlara başlayır. Bu isə bölgədə böyük humanitar böhrana gətirib çıxarda bilər. Ona görə də ABŞ və Qətər çalışır ki, danışıqlar aparılsın. İsrail bu danışıqlarda səmimi deyil. Ümumiyyətlə, İsrailin baş naziri Benyamin  Netanyahu administrasiyası Qəzzada mülki insanlara qarşı hərbi cinayətlər həyata keçirib. Təbii ki, HƏMAS da İran tərəfindən idarə olunur. İrandan verilən təlimatlar İsrail-HƏMAS arasında fikir ayrılıqlarına gətirib çıxardır ki, bu da növbəti mərhələdə atəşkəsin əldə olunmaması ilə nəticələnir. Ona görə hər iki tərəf bir-birinə qarşı dərin düşmənçilik ideologiyasına malikdir. Tərəflərin bir araya gəlməsi də ona görə çətin görünür. İsrailin həyata keçirdiyi son hərbi əməliyyatlardan sonra ümumi barışıq üfüqdə görünür”.

Məhəmməd Əsədullazadə düşünür ki, ilk növbədə ABŞ prosesə tam nəzarət etməlidir:

“Yalnız Vaşinqtonun vasitəçiliyi ilə, İsrailə ciddi təzyiqlər etməklə müəyyən bir atəşkəs əldə oluna bilər. Amma Vaşinqton kənarda qaldıqca, yalnız sözdə müəyyən mövqe ortaya qoyduqca barışığın əldə olunması çətin görünür”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla