AZ

Çin-Azərbaycan münasibətləri uğurla inkişaf edir

1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Çinlə diplomatik əlaqələr nümunəvi səviyyədədir. 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycan Respublikasında səfirliyi açılıb. Az sonra isə Azərbaycanın Çin Xalq Respublikasında səfirliyinin açılması reallaşdırılıb. İki ölkə arasında rəsmi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edib.

Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Bu əlaqələr ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra, 1992-ci ilin aprel ayında rəsmiləşərək daha da inkişaf etmişdir. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub.

İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığımız daha da genişlənir, qarşılıqlı siyasi etimad güclənir. Əlaqələr təhsil sahəsini də əhatə edir.

Müasir mərhələdə Çin Xalq Respublikası böyük potensiala malik olaraq ən müasir texnologiyalar tətbiq edərək yüksək sürətlə tərəqqi edir. Bu gün Çin Milli Neft Korporasiyası, ümumilikdə, Çin şirkətləri Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsində fəal iştirak edirlər. Bu sahəyə böyük sərmayə qoyurlar. Çin şirkətlərinin neft layihələrində iştirakı ilə Azərbaycanda neft hasilatı artır.

Otuz yaşı olan Azərbaycan– Çin diplomatik əlaqələri sağlam əsasda uğurla davam edir.

Cavid Qədirov,

YAP Ağsu Kalva ƏPT sədri

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla