AZ

Ülviyyə Fətəliyeva ilk Avropa çempionluğunun bir addımında

Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva bu gün Yunanıstanın Rodos adasında təşkil edilmiş Avropa çempionatının qalibi ola bilər.

Arena.az xəbər verir ki, qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında ötən gün 9-cu turun oyunları baş tutub.

Hesabat turunda yarışın lideri olan Fətəliyeva Rumıniya şahmatçısı İrina Bulmaqla heç-heçə oynayıb.

Digər şahmatçılarımızdan Günay Məmmədzadə Yuliya Osmakı (Ukrayna), Səbinə İbrahimova Mitra Hecazipuru (Fransa), Ləman Hacıyeva Marta Dakiçi (Serbiya), Ayan Allahverdiyeva isə Mariya-Anna Stefanidi (Yunanıstan) məğlub edib. Təmsilçilərimizdən Xanım Balacayeva, Gövhər Beydullayeva, Nərmin Abdinova 9-cu turu bərabərliklə başa vurub. Gülnar Məmmədova isə rəqibinə məğlub olub.

Bu gün Avropa çempionatında son turun partiyaları oynanılacaq. 9 turdan sonra aktivində 8 xalı olan şahmatçımız Ülviyyə Fətəliyeva turnir cədvəlinə başçılıq edir. Ən yaxın izləyicisini 1 xal qabaqlayan Fətəliyevaya karyerasında ilk dəfə Avropa çempionu olmaq üçün yarım xal qazanmaq kifayət edəcək. Şahmatçılarımızdan Günay Məmmədzadə və Xanım Balacayeva müvafiq olaraq 5-ci və 9-cu yerlərdə qərarlaşıblar. Son turun nəticələrindən asılı olaraq, bu iki şahmatçımız da mükafatçılar sırasında yer ala bilərlər.

Seçilən
65
2
Mənbələr
Şərh ()
Bağla