AZ

Fitch Solutions: Azərbaycanın Avrasiyada əsas nəqliyyat qovşağı kimi mövqeyi daha da güclənəcək

"Qarşıdakı illərdə Azərbaycanın Avrasiyada əsas nəqliyyat qovşağı kimi mövqeyi daha da güclənəcək".

"APA-Economics" xəbər verir ki, bu, "Fitch Solutions" (FS) şirkətinin qlobal ticarət riskləri ilə bağlı hesabatında qeyd edilib.

"Ölkə risk komandamız Azərbaycanın xarici siyasətinin qarşıdakı illərdə də Türkiyənin xarici siyasəti ilə sıx bağlı qalacağını gözləyir. Nəticə etibarı ilə, iki xalq arasında münasibətlər möhkəm qalacaq. Bununla belə Azərbaycanın Rusiya ilə münasibətləri də istiləşəcək. Azərbaycan Rusiyanı dəmir yolu ilə İrana, oradan isə dəniz yolu ilə Hindistana birləşdirən Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizində əsas mövqe tutur. Moskva və Tehran Azərbaycanda da Orta Dəhlizlə kəsişən bu dəhlizin inkişafı istiqamətində addımlar atır. Bu, çox güman ki, Azərbaycanın Avrasiyada əsas nəqliyyat qovşağı kimi mövqeyini gücləndirəcək" - FS-nin şərhində əlavə edilib.

Seçilən
16
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq