AZ

Cinayət məsuliyyətinə cəlb olunsa da, əməllərini davam etdirir...  

Yevlaxın Aran bələdiyyəsinə məxsus torpaq sahəsini zəbt edən Samux Rayon sakini Nuru Sultanov  barəsində cinayət işi başlanılmasına baxmayaraq, Aran bələdiyyəsi tərəfindən vətəndaş Arif İbrahimova icarəyə verilmiş  ərazidə qalmaqal salır, fermer İbrahimovun təsərrüfatına zərər vurmaqda davam edir. 

Bu barədə  Gununsesi.info-ya həmin ərazidə mülkiyyət hüququ olan Kəlbəcər köçkünü Arif İbrahimov danışıb.

İbrahimovun sözlərinə görə, Aran bələdiyyəsi tərəfindən ona icarə ilə verilmiş 20 ha torpaq sahəsinin bütün qanuni rüsumlarını ödəyib, Dövlət Əmlak Xidmətinin Daşınmaz Əmlak Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən çıxarış da alıb:

“Buna baxmayaraq, iki ildir ki, öz torpaq sahəmizə girə bilmirdik. Hüquq-mühafizə orqanlarına müraciətlərimizə sonra buna nail olduq. Ancaq barəsində cinayət işi açılan Nuru Soltanov  adlı bir şəxs maneçilik törədir, təxribat yaradır. Hər dəfə yerli polisin müdaxiləsi ilə onların təxribatlarının qarşısı alınıb. 

Arif  İbrahimov media vasitəsilə Nuru Soltanovun və digər şəxslərin qanunsuzluğuna qarşı ciddi tədbir görülməsini xahiş edib. 

Aran bələdiyyəsinin sədri Əbülfət Rzayev də Nuru Sultanovla Fərəc Hacıyevin qanunsuz hərəkətlərini təsdiq edib: “Aran bələdiyyəsinin müraciəti olub. Bu şəxslərin torpaq zəbt etmələri ilə bağlı cinayət işi var”. 

Ancaq araşdırmamız zamanı onu da öyrəndik ki, ortada cinayət işinin olmasına baxmayaraq, Nuru Soltanov barəsində hər hansı bir prosessual hərəkət aparılmır. Bu isə onun öz əməllərini davam etdirmısi üçün imkanlar açır. 

Barəsində olan şikayətlərə isə “Şəki İnzibati Məhkəməsinə müraciət etmişəm, Əmlak Xidmətinin keçirdiyi hərracı ləğv etdirəcəm” deyə cavab verir. 

Onun dediklərini nəzərə alan Yevlax polisi onun haqqında ciddi tədbir görməkdən yayınır. 

“Ancaq  onu da öyrəndik ki, Nuru Soltanov 8 ay əvvəl Şəki İnzibati Məhkəməsinə ərizə versə də dövlət rüsumunu ödəmədiyi üçün məhkəmə işə baxmır. 

Bu isə Nurunu  şüurlu şəkildə etdiyi hərəkətdir ki, polisə aparılanda “işim məhkəmədədir” deyə Arif İbrahimov əlavə edib. 

Arif Əliyev deyir ki, orada olmadıqları zaman Nuru Soltanov 1000 baş heyvanı onun sahəsinə salaraq zərər yetirib. 

Arif İbrahimov Gununesi.info vasitəsi ilə baş prokuror Kamran Əliyevdən kömək istədiyini deyib. 


Telegram kanalımız
Seçilən
53
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4370
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3850
Bu yol qovşağında təmir işləri aparılacaq
3368
Bakıda hoteldə yanğın başlayıb
2893
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
2008
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1830
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1662
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1611
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1592
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1415
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1389
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1314
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1306
Azərbaycan nefti ucuzlaşıb
1305
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
1094
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
1082
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1078
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1070
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
1025
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
937