AZ

“Azərbaycan bölgədə Qərbin etibarlı enerji tərəfdaşıdır“ - MÜNASİBƏT BİLDİRİLDİ

“Ötən həftə Azərbaycanda önəmli hadisələr baş verdi. Ölkə rəhbəri İlham Əliyev ADA-da qərbin aparıcı beyin mərkəzlərinin iştirakı ilə COP29 öncəsi önəmli bir tədbirə qatıldı və mühüm mesajlar verdi. Onun ardınca isə Almaniyada COP29 öncəsi yenə iqlim dəyişmələrinə həsr olunan mötəbər beynəlxalq toplantıya qatıldı. Eyni zamanda, Birləşmiş Ştatlarla Azərbaycan arasında aktiv təmaslar müxtəlif səviyyələrdə davam edir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan bölgədə Qərbin etibarlı enerji tərəfdaşıdır: “Bundan əlavə Azərbaycan regionun əsas oyunçu dövlətidir. Son illər Qərbin Mərkəzi Asiya regionuna marağı artıb. Bu mənada Azərbaycan həm də Qərb üçün orta dəhlizin əsas tranzit dövləti kimi əhəmiyyət kəsb edir”.

V.Əhmədov qeyd edib ki, bu baxımdan Prezident İlham Əliyev telefon danışığında vurğuladığı kimi Azərbaycan demokratik dəyərlərə sadiq bir ölkə kimi iqlim dəyişmələri üzrə beynəlxalq dialoq prosesinə uğurla sədrlik edir: “Dövlətimiz bu prosesə töhfə verir. Bu fonda aktiv ABŞ-Azərbaycan təmasları bölgəyə sülh və inkişaf vəd edir”.

Ləman Sərraf

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla