AZ

"Ferrum Kapital"ın gəliri və mənfəəti artıb

"Ferrum Kapital" QSC 2023-cü ili 2 milyon 265 min manat xalis mənfəət ilə başa vurub. Faktorinq şirkəti 2022-ci ili 2 milyon 134 min manat xalis mənfəətlə bağlamışdı.

Marja.az şirkətin illik hesabatına istinadən xəbər verir ki, "Ferrum Kapital"ın faiz gəlirləri 2022-ci ildə 13 milyon 223 min manat ikən, 2023-cü ildə 18 milyon 53 min manata yüksəlib. 

Şirkətin kredit portfeli 2022-ci ilin sonundakı 38 milyon 596 min manatdan 2023-cü ilin sonunda 40 milyon 241 min manata çatıb.

Ferrum Kapital
Seçilən
9
Mənbələr
Şərh ()
Bağla