AZ

“Azərbaycan Ordusu 20 metr ARALIDADIR...” - ermənilər AYAQDA, kəndlərdə TƏLAŞ

“Bu, Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun Kirantsdan keçən hissəsidir”.

Musavat.com xəbər verir ki, bunu özünü iranşünas kimi təqdim edən erməni ekspert Vardan Voskanyan deyib. O iddia edib ki, delimitasiya prosesi burada həyata keçirilsə, Azərbaycan Ordusu alternativ yoldan təxminən 20 metr aralıda yerləşəcək.

Bir qədər əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan sərhədin delimitasiyası prosesindən danışarkən Azərbaycan Ordusunun yaxınlıqda yerləşməsinin təhlükəli olmadığını deyib.

“Erməni sakinlər düşünsünlər ki, nə yaxşı Azərbaycan sərhədi 50 metr uzaqdan başlayır, rahat ticarətlə məşğul ola biləcəklər”, – N.Paşinyan bildirib.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Turab Rzayevlə Ermənistan hadisələrini müzakirə edir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

 

Seçilən
5
2
Mənbələr
Şərh ()
Bağla