AZ

Dayanıqlı sukuk bazarı 2017-ci ildən təqribən 3 dəfə artıb - London Fond Birjasının baş direktoru

Ər-Riyad. Trend:

İki il yarım ərzində dayanıqlı sukuk bazarı əhəmiyyətli dərəcədəartaraq, 2017-ci illə müqayisədə, təqribən 3 dəfə artıb.

Trend xəbərverir ki, bu barədə London Fond Birjasının baş direktoru CuliyaHoqqet İİB Qrupunun Ər-Riyadda keçirilən illik müşavirələriçərçivəsində keçirilən "yaşıl" və dayanıqlı sukuk vasitəsilə iqlimmaliyyələşdirilməsinin sürətləndirilməsi üzrə panel müzakirəsindəçıxışında deyib.

Sukuk şəriət ölkələrində yayılmış və istiqrazların bir növislami ekvivalenti olan maliyyə sənədidir.

"Lakin dayanıqlı sukuk əvvəlki kimi ümumi fond bazarının kiçikhissəsini və istiqraz bazarının ondan da kiçik hissəsini təşkiledəcək. Bu isə ondan xəbər verir ki, dayanıqlı sukuk üzrə bu gündərc olunan rəhbər prinsiplər həmişə olduğundan daha vacibdir.

Bu, ötən ilin dekabr ayında Dubayda COP28 konfransında qəbuledilmiş qərarın ardınca baş verdi və bu prinsiplər KapitalBazarları Assosiasiyasının (ICMA) prinsiplərinin maksimum geniştətbiqini təmin etmək məqsədilə əsas maraqlı tərəflərlə birgəhazırlanıb", - deyə o bildirib.

Hoqqet qeyd edib ki, bu rəhbər prinsiplər bazar iştirakçılarınasukukları ICMA-nın prinsiplərinə əsasən "yaşıl", sosial və yadayanıqlı olaraq işarələməklə bağlı bu qədər mühüm tövsiyələrverməyə və qlobal investorların sukuklar barədə məlumatlılığınıartırmağa yönəlib.

"Bizim və tərəfdaşlarımız üçün növbəti mərhələ bu gün dərcolunan rəhbər prinsiplərin müxtəlif bazarlarda tətbiq olunmasınazəmanət vermək məqsədilə standartları hazırlayanlar, tənzimləyicişəriət orqanları, reytinq agentlikləri kimi maraqlı tərəflərləqarşılıqlı fəaliyyətdən ibarətdir", - deyə o əlavə edib.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (SəudiyyəƏrəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə ƏrəbistanınınKralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslamİnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyikeçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu "Keçmişə dəyərverərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik vətərəqqi"dir. Bu görüşlər Bankın üzv ölkələrdə sosial-iqtisadiinkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini əksetdirir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrininiştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsiplanlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcıçoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalqvə regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlərhökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm vəvətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakıilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma vəmaliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyəinstitutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq vəregional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənayepalataları və biznes şuralarının nümayəndələri iştirak edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq