AZ

Rinit və sinusit zamanıən effektivmüalicə


Rinit və sinusit geniş yayılmış xəstəliklər olub, adətən, bir yerdə keçir.



"Medicina" xəbər verir ki,kəskin, residivverən, xroniki formaları var. Bu xəstəliklər həyat keyfiyyətini azaldır, gündəlik aktivliyə, iş qabiliyyətinə ciddi mənfi təsir göstərir.

Rinit kimi, sinusit də bir çox ağırlaşmalar verir.
Hər iki xəstəlik, xüsusən allergik rinit və xroniki sinusit bronxial astma ilə müşayiət oluna bilər.

Allergik rinit orta qulağın irinli iltihabı ilə də ağırlaşır ki, bu da karlığa gətirə bilər. Kəskin sinusit mukosele (selikli qişanın kistası), baş beynin absesi, osteomielit, oral-antral sviş və s. ilə ağırlaşa bilər.


Rinit və sinusitdə burun tutulması yuxu zamanı tənəffüsü çətinləşdirərək gündüz yorğunluğa səbəb olur və iş fəaliyyətinə pis təsir göstərir. Burun tutulması uzun müddət və ya tez-tez baş verdikdə koqnitiv funksiyaya mənfi təsir göstərir, məktəbdə qavramanı aşağı salır.


Rinit və sinusitlər zamanı pasiyentə individual yanaşılmalı və müalicə kompleks olmalıdır. Rinit və sinusitlərinbiotənzimləyici müalicəsindəEuphorbium compositum preparatından geniş istifadə olunur. Preparat sprey şəklindədir, intranazal istifadə olunur.


Preparatın müxtəlif yaş qruplarında müxtəlif mənşəli rinit, sinusit və rinosinusitlərdə yüksək effektivliyi çoxsaylı tədqiqatlarla sübuta yetirilmişdir. Bu tədqiqatlarda eyni zamanda preparatın tam təhlükəsizliyi və digər dərmanlarla qarşılıqlı təsiri olmadığı aşkar olundu.


Euphorbium compositum kəsilmə sindromu, öyrəşmə və taxifilaksiya vermir və bu baxımdan uzunmüddətli istifadə edilə bilər. Tədqiqatlarla sübut olunmuşdur ki, Euphorbium compositum çoxkomponentli tərkibinə görə müxtəlif rinit və sinusitlərdə geniş tətbiq oluna bilər.


Euphorbium compositum rinosinsitial virusun bölünməsini inhibə edir. Bundan başqa, herpes (HSV -1), adenovirus 5-ci tipə və paraqrip 2-ci tipə, qripin A tipinə və rinovirusa da eyni cür təsir edir. Beləliklə, sübut olundu ki, Euphorbium compositum yuxarı tənəffüs yolları xəstəliklərinin yaranmasında daha çox rol oynayan virusların hamısına virusəleyhinə təsir göstərir.

Xroniki xəstəliklər zamanı müşahidə olunan immun sisteminin qeyri- stabilaktivliyi, birincili və ya ikincili infeksiya yoluxmasına səbəb olur.


Bu hallarda təbii tərkibli Euphorbium compositum preparatı yüksək effektivlik göstərir. Aparılan tədqiqatlar göstərir ki, Euphorbium compositum immunmoduləedici təsir göstərir. Preparatın bir çox inqredientləri: euphorbium, hepar sulfuris, argentum nitricum γ-interferon və TNF-α –nı stimulə edir, monosit və makrofaqları aktivləşdirir.

Preparatın digər komponentləri – Hydrargyrum bijodatum, Hepar sulfuris, Luffa operculata, Argentum nitricum virusun aktivliyini inhibə edən interleykin -10- a təsir edir. İnfeksiyalar zamanı selikli qişaların zədəsi səthi epitelidənbazal membranın tam zədələnməsinə qədər ola bilir. Bu cür zədələnmədən sonra epiteli bərpa olunmalıdır ki, öz funksiyasını tam yerinə yetirə bilsin. Aparılan tədqiqatlar göstərir ki, Euphorbium compositum virusəleyhinə, iltihabəleyhinə təsirə malikdir, selikli qişanın funksiyasını stimulə edərək virus infeksiyalarına qarşı müqaviməti artırır və bərpa prosesini tezləşdirir.


Xroniki formalarda uzunmüddətli istifadə preparatın üstünlüklərindən biridir.Euphorbium compositum-un xroniki LOR-patologiyalarında istifadəsi yaxşı klinik nəticələr verir.


Məsələn, xroniki sinusit zamanı Euphorbium compositum-la müalicədən 2 həftə sonrapasiyentlərin 74,9 % -də, atrofik riniti olan pasientlərin 73.9% - də simptomlar əhəmiyyətli dərəcədə azalmışdır. Atrofik, quru rinit və ozenadan əziyyət çəkən 55 pasiyent üzərində aparılan uzunmüddətli kliniki müşahidələr göstərdi ki, Euphorbium compositum preparatı ilə aparılan 6-12 aylıq terapiya zamanı bir nəfərdə belə əlavə təsirlər üzə çıxmamışdır. Pasiyentlərin ümumi vəziyyətində, xəstəliyin simptomlarında və burun tənəffüsündə əhəmiyyətli yaxşılaşma olmuşdur.

Beləliklə, çoxsaylı elmi və klinik tədqiqatlara əsasən demək olar ki, Euphorbium compositum (burun spreyi) aşağıdakı xüsusiyyətlərə malikdir:


•Çoxhədəfli kompleks təsiri nəticəsində virusəleyhinə, iltihabəleyhinə təsir göstərir. Burun selikli qişasını bərpa edir.

• Bütün yaş qruplarında, müxtəlif etiologiyalı rinit, sinusit və rinosinusitdə effektivliyi çoxsaylı tədqiqatlarla sübuta yetirilmişdir.

• İstənilən yaş pasiyentlər uçun təhlükəsizdir.

• Digər preparatlarla birgə istifadəsi təhlükəsizdir.
• Heç bir əlavə təsiri və əks-göstərişi yoxdur.

• Kəsilmə sindromu və taxifilaksiya vermir.

• Uzunmüddətli istifadəsi mümkündür.

İstifadə qaydası: hər burun dəliyinə 1 püskürmə gündə 3-5 dəfə.


Aygün Musayeva






Seçilən
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18901
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
18867
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17990
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17277
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15789
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15430
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15178
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15018
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11488
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11103
"Zaur, yenə çaşdın..." - VİDEO
8707
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7778
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7151
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7033
Minimum əmək haqqı nə qədər arta bilər?
6933
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6696
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
5897
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5853
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5614