AZ

DİQQƏT! Təhlükə var! Bu dövlətlər sülhə qarşıdır - Məkrli plan

Son proseslərin fonunda Azərbaycanla Ermənistan arasında istər sülh, istərsə də delimitasiya-demarkasiya məsələsi ilə bağlı fəaliyyəti uğurlu hesab etmək olar. İrəvan rəsmi Bakının tələbləri və prosesin şərtlərinə uyğun olan öhdəlikləri hələlik heç bir problem olmadan yerinə yetirir. 

Lakin Ermənistan daxilində bəzi qüvvəllər var ki, rəsmi İrəvanın addımlarına kəskin etiraz bildirir və bunu praktikada göstərir. Eyni zamanda bir sıra xarici qüvvələr də sülh və delimitasiya prosesinin uğurlu gedişinə heç də maraqlı deyil. Bəs görəsən danışıqların gedişində, hansısa üçüncü qüvvələrin təxribatçı müdaxiləsi gözlənilirmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, hazıda Ermənistan daxilində bu istiqamətdə cəhdlər edən qüvvələr yetərincədir:  

“Azəbaycanla-Ermənistan arasında sülhün bərqərar olunmasını istəməyən xarici dövlətlər var. Lakin onların hər iki ölkəyə təsir imkanları xeyli fərqlidir. Azərbaycan artıq siyasi proseslərdə öz sözünü deməyi bacaran bir dövlətdir və heç bir xarici dövlətə imkan vermir ki, onun daxili işlərinə qarışsın. Başqa sözlə desək, Azərbaycan daxilində xarici qüvvələrin əmri ilə sabitliyi pozub, dövləti laxlatmağa, onu öz siyasi kursundan fərqli istiqamətə yönəltməyə qadir olan siyasi qüvvələr yoxdur. Lakin Ermənistanda belə qüvvələr var. Bu qüvvələrin bəziləri Rusiyaya, İrana və digər ölkələrin maraqlarına xidmət edir”. 

Politoloq ermənilər və Ermənistan üçün ən yaxşı variantın yalnız sülh olduğunu qeyd edib: 

“Hətta hakim zümrənin daxilində xeyli insan var ki, Fransanın göstərişi ilə hərəkət edir. Bu kimi qüvvələr sülh sazişinin əldə edilməsini istəmirlər. Lakin eyni zamanda obyektiv siyasi proseslərin öz qanunları var. Bu qanunlar tələb edir ki, Ermənistan yaşamaq istəyirsə, mütləq gərək Azərbaycanla sülh bağlasın, sərhədləri delimitasiya etsin və düşmənçiliyə son qoysun. Bu gerçəkliyin imlasıdır və erməni xalqının yaşamasının şərtidir. Bunu istəməyən xarici qüvvələr bunun qarşısını almağa çalışır”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Seçilən
1
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16165
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15856
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15489
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13439
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12076
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9555
"Zaur, yenə çaşdın..." - VİDEO
7890
Minimum əmək haqqı nə qədər arta bilər?
6032
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5999
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5147
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5057
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4450
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4235
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4110
Çingiz Mustafayevin toyudur - FOTOLAR
3763
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3250
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3249
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3010
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2966