AZ

Çində Azərbaycan Mədəniyyəti Günləri keçirilə bilər - FOTOLAR

Çində Azərbaycan Mədəniyyəti Günləri keçirilə bilər. SİA-nın məlumatına görə, bu barədə Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin aprelin 29-da Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmin ilə görüşündə qeyd olunub.

Görüşdə qarşılıqlı mədəniyyət günlərinin təşkili, mədəni irsin qorunması və təbliği, eləcə də digər sahələrdə əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bu il növbəti dəfə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti ərəfəsində Azərbaycan Mədəniyyəti Günlərinin gerçəkləşdirilməsi təklifi səsləndirilib.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla