AZ

"Yaşıl sukuk" buraxılışını tezləşdirməyə kəskin ehtiyac var - Əl-Casir

Ər-Riyad. Trend:

"Yaşıl sukuk" buraxılışını tezləşdirməyə kəskin ehtiyac var.

Trend xəbərverir ki, bu barədə İslam İnkişaf Bankı (İİB) qrupunun prezidentiMəhəmməd Süleyman Əl-Casir İİB Qrupunun Ər-Riyadda keçirilən illikmüşavirələri çərçivəsində keçirilən "yaşıl" və dayanıqlı sukukvasitəsilə iqlim maliyyələşdirilməsinin sürətləndirilməsi üzrəpanel müzakirəsində çıxışında deyib.

Sukuk şəriət ölkələrində yayılmış və istiqrazların bir növislami ekvivalenti olan maliyyə sənədidir.

"Dünya Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçünmaliyyələşdirmə defisiti ilə mübarizə aparmağa davam edir. Buboşluğu doldurmağa kömək etmək üçün innovativ maliyyə vasitələrininistifadəsi və səfərbər edilməsi lazımdır. İİB nöqteyi-nəzərindən,bizim fikrimizcə, DİM üçün maliyyə artımının səfərbər edilməsiməqsədilə xüsusən "yaşıl" və dayanıqlı sukukların buraxılışınısürətləndirmək lazımdır", - deyə o vurğulayıb.

Əl-Casir qeyd edib ki, İİB iddialı olaraq 2025-ci ilədək iqlimdəyişikliyi ilə 35 faiz səviyyəsində mübarizəninmaliyyələşdirilməsini məqsəd olaraq təyin edib.

"Yaxşı xəbər ondan ibarətdir ki, biz artıq bu hədəfi iki illikötmüşük. Ekoloji və dayanıqlı sukuk dünya səviyyəsində qəbuledilmiş Beynəlxalq Kapital Bazarları Assosiasiyası (ICMA)prinsiplərinə tamamilə uyğundur. Bu, ICMA və London Fond Birjasıilə birgə buraxdığımız dayanıqlı sukuk üzrə prinsiplərlətəsdiqlənib. Bu prinsipləri hazırlamaq üçün bu yaxında keçirilənCOP28 konfransında səylərimizi birləşdirdik. Məqsəd "yaşıl", sosialvə dayanıqlı sukuk olaraq müəyyən edilən sukuk vasitələrinidemistifikasiya etməkdən və onların ICMA prinsiplərinə uyğunluğununümayiş etdirməkdən ibarətdir", - deyə o əlavə edib.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (SəudiyyəƏrəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə ƏrəbistanınınKralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslamİnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyikeçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu "Keçmişə dəyərverərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik vətərəqqi"dir. Bu görüşlər Bankın üzv ölkələrdə sosial-iqtisadiinkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini əksetdirir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrininiştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsiplanlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcıçoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalqvə regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlərhökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm vəvətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakıilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma vəmaliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyəinstitutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq vəregional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənayepalataları və biznes şuralarının nümayəndələri iştirak edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
19
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16191
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15865
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15498
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13439
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12101
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9574
"Zaur, yenə çaşdın..." - VİDEO
7890
Minimum əmək haqqı nə qədər arta bilər?
6037
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6004
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5156
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5061
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4454
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4239
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4110
Çingiz Mustafayevin toyudur - FOTOLAR
3866
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3250
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3249
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3012
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2967