AZ

Salam Sarvanın səhhəti ilə bağlı son durum açıqlanıb

Şair Salam Sarvanın səhhəti ilə bağlı son durum açıqlanıb.

Bu barədə APA-ya şair özü məlumat verib.

Onun sözlərinə görə, həkimlər növbəti əməliyyatı riskli bildiklərindən kimya-terapiya müalicəsini yazıblar: "Şişi götürmək riskdir. Ona görə də ondan nümunə götürülüb. Beş-altı günə nəticəsi bilinəcək. Ona uyğun addım atılacaq".

Hazırda evdə müalicə alan Salam Sarvan özünü nisbətən yaxşı hiss etdiyini əlavə edib.

Seçilən
45
9
Mənbələr
Şərh ()
Bağla