Nizami rayonu ərazisində mənzillərin birindən 60 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə Gundem.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluğun həmin evdə xidmətçi işləyən qadın tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o saxlanılıb.
“Onun həmin qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda evdən hissə-hissə oğurlaması məlum olub. Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb”, - məlumatda bildirilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta