AZ

FHN-in kişilərdən ibarət basketbol komandası çempion adını qazanıb

Aprelin 27-28-də Gəclər və İdman Nazirliyinin açıq hava idman bazasında Gənclər və İdman Nazirliyi, Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında 3x3 basketbol növü üzrə Respublika turniri keçirilib.

APA FHN-ə istinadən xəbər verir ki, 15 dövlət qurumundan (12 kişi və 3 qadın komandası) 60-a yaxın əməkdaşın iştirak etdiyi yarışda komandalar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Birincilikdə ikinci dəfə iştirak edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət basketbol komandası 4 nəfərdən ibarət olmaqla yüksək nəticə əldə etməyi bacarıb. Belə ki, 5 oyun keçirən FHN-in komandası yarışın yarımfinal mərhələsində Azərbaycan Hava Yolları komandasını 9:4 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Final görüşündə Dövlət Gömrük Komitəsinin komandası ilə qarşılaşan FHN-in komandası 12:9 hesabı ilə qələbə əldə edərək çempion adını qazanıb.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.

29 aprel 2024-cü il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempion komandanı qəbul edərək qazandıqları nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edilib ki, 2023-cü ildə dövlət qurumları arasında keçirilən basketbol üzrə çempionatda FHN-in kişilərdən ibarət komandası 2-ci yerə layiq görülüb.

FHN-in FHN-in FHN-in FHN-in
Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17485
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17235
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16228
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14665
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13624
Çingiz Mustafayevin toyudur - FOTOLAR
10447
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10252
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
9034
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
8717
"Zaur, yenə çaşdın..." - VİDEO
8269
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7338
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7081
Minimum əmək haqqı nə qədər arta bilər?
6484
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6071
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5793
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4914
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4762
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4674
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
3940