AZ

Bakıda institut əməkdaşına saxta sürücülük vəsiqəsi hədiyyə edilibmiş

Bakıda saxta sürücülük vəsiqəsi ilə nəqliyyat vasitəsi idarə edən “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun mütəxəssisi cinayət məsuliyyətinə cəlb edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, institunun əməkdaşı olan 1988-ci il təvəllüdlü Əbülfəz S-in istifadə etdiyi sürücülük vəsiqəsinin saxta olması müəyyənləşib.

Onun barəsində Cinayət Məcəlləsinin 320-ci (Sənədlərin saxtalaşdırılması) maddəsi ilə cinayət işi açılıb.

Əbülfəz S. ifadəsində bildirib ki, sənədin saxta olmasını əvvəldən bilməyib. O, sürücülük vəsiqəsinin həyat yoldaşı tərəfindən ona hədiyyə edildiyini qeyd edib.

Barəsində cinayət işi açılan məmurun həyat yoldaşı isə vəsiqəni 600 manata tanışı vasitəsilə aldığını bildirib.

Seçilən
59
45
Mənbələr
Şərh ()
Bağla