AZ

Azadlığa buraxılan tanınmış idmançı yenidən

Bir neçə gün əvvəl məhkəmədən azadlığa buraxılan MMA döyüş növü üzrə idmançı Vüqar Kərəmov yenidən həbs edilib.Metbuat.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.Belə ki, Vüqar Kərəmovun azadlığa buraxılması ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından narazı qalan prokuror apellyasiya protesti verib.Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.Qərara əsasən, Vüqar Kərəmov barəsində Xətai Rayon Məhkəməsinin qərarı ləğv edilib və onun barəsində yenidən həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və 3 tələbəsinin digər MMA döyüşçüsü Həsən Əzizovun şikayəti əsasında açılmış cinayət işi üzrə həbs edilməsi məlum olub.Bir neçə ay əvvəl Dənizkənarı Bulvar Ərazisindəki ticarət-əyləncə mərkəzlərindən birində MMA döyüş növü üzrə yarış keçirilib. Lakin Həsən Əzizov yarışın keçirildiyi zala buraxılmayıb. O, zala daxil olmaq istəyərkən münaqişə baş verib və Ruslan Əfəndiyevlə tələbələri idmançını kütləvi şəkildə döyərək xəsarətlər yetiriblər. Bundan sonra H.Əzizov tibb müəssisəsinə və polisə müraciət edib. Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

Adları çəkilən idmançılar barəsində Xətai Rayon Məhkəməsi 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçib. Hadisənin digər iştirakçıları Tofiq Musayev və Mehman Məmmədov barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.

Seçilən
66
41
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14817
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14747
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14709
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12395
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
10815
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8820
"Zaur, yenə çaşdın..." - VİDEO
7626
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5764
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
4753
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4284
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4273
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4004
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3934
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3705
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3103
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3081
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2845
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2830
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2691