AZ

FOMO BAKU klubu dünyanın 100 ən yaxşı klubu siyahısına daxil oldu! - FOTO - VİDEO

FOMO
Bu həftə Britaniyanın ən nüfuzlu nəşrlərindən biri, elektron musiqi dünyasındakı hadisələri işıqlandıran və hər il iki reytinq – “Top 100 DJ” və “Top 100 gecə klubları” siyahısını təqdim edən “DJ MAG” jurnalı dünyanın ən yaxşı gecə klublarının siyahısını dərc edib. Hazırda Azərbaycanda eksklüziv konseptə malik olan və paytaxtın ən populyar elektron musiqi məkanına çevrilmiş Bakı klubu DJ MAG-a görə bu siyahıda 75-ci yeri tutub!
Bu xəbər Bakıda gecə həyatının bütün həvəskarlarını heyrətləndirdi və paytaxtda əyləncə gecələrinə qatılanların heç birini biganə qoymadı. Azərbaycan üçün bu hadisə ölkəmizdə musiqi tendensiyalarının və əyləncə sənayesinin inkişafında mütərəqqiliyin artdığının, özünü dünyaya bəyan etməsinin bir növ etirafıdır. FOMO-nun uğuru bütün sahələrdə həmfikir insanlardan ibarət peşəkar əlaqələndirilmiş komandanın əməyinin nəticəsidir. Elektron musiqi ifa edən ən yaxşı DJ-lər öz pozitiv enerjisini FOMO-ya gətirir, bununla da klub qonaqlarının gecə həyatını elektron musiqi və şənlik dünyasına olan unudulmaz musiqi səyahətinə çevirir. FOMO 2023-cü ilin sonunda qapılarını açdığı gündən, yeni rənglərlə parıldadığı üçün Bakıda klub həyatı tam olaraq dəyişdi. FOMO BAKU house və techno kimi musiqi janrlarının mərkəzidir. Bu, bütün musiqi arzularının gerçəkləşdiyi məkandır və hər bir ziyarətçi anlayır ki, paytaxtımızda yüksək zövqə və mədəniyyətə malik sənaye artıq yeni reallıqdır. Qeyd edək ki, FOMO klubunun yer aldığı DJ MAG jurnalının klub reytinqi dünyanın ən prestijli və nüfuzlu reytinqidir. 2009-cu ildən reytinq açıq səsvermə əsasında formalaşdırılır. Hər il “Top 100 Gecə Klubu” kateqoriyasında 400 mindən çox insan səs verir. Reklam hüququnda
Seçilən
53
25
Mənbələr
Şərh ()
Bağla