AZ

Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI

Bakı. Trend:

Azərbaycanda COP29-la bağlı qeyri-rezident fiziki şəxslərə vergigüzəştlərinin tətbiq edilməsi COP29-un təşkilinə daha çoxqeyri-rezidentlərin cəlb edilməsinə və həmin müddətdə işlərin aktivşəkildə həyata keçirilməsinə imkan verəcək.

Bunu Trend-ə MilliMəclisin deputatı Vüqar Bayramov deyib.

O qeyd edib ki, bu güzəştin məqsədi həm fiziki, həm də hüquqişəxslərin prosesdə iştirakını stimullaşdırmaqdır.

“Bu, həm də tədbir keçirilən müddətdə daha çox xidmətlərintəklif edilməsinə gətirib çıxaracaq. Bu, eyni zamanda, əhalininməşğulluğu baxımından vacibdir. Çünki qeyri-rezidentlərin buxidmətləri göstərən zaman yaratdıqları iş yerlərində Azərbaycanvətəndaşları çalışacaq. Bu baxımdan, vergi güzəştləri yeni işyerlərinin açılmasına səbəb olacaq”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, COP29-la bağlı vergi güzəştlərinin tətbiqedilməsinə dair Vergi Məcəlləsinə təklif edilən dəyişiklik MilliMəclisin aprelin 23-də keçirilən iclasında birinci oxunuşda qəbuledilib.

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında BirləşmişMillətlər Təşkilatının İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdimedilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlbolunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsindəəldə etdiyi gəlirlər 2024-cü il martın 1-dən 9 ay müddətinə gəlirvergisindən azad edilir.

Məqalədə:
Seçilən
27
10
Mənbələr
Şərh ()
Bağla