AZ

Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığında səfərdədir

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrin inkişafı, həmçinin beynəlxalq qurumlar çərçivəsində tərəfdaşlığın qlobal trendlərə uyğunlaşdırılması üçün birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb.

Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, Zati-aliləri Əbdüləziz bin Salman Əl Səud ilə görüşdə ölkələrimizin iqtisadi inkişaf hədəfləri, energetika sahəsində ortaq təşəbbüslərin perspektivləri nəzərdən keçirilib.

“Saudi Aramco” şirkətinin prezidenti və baş icraçı direktoru Amin Hassan Nasserlə görüşdə tərəflər ölkəmizdə xarici sərmayədarlar üçün yaradılmış şərait, energetika sektorunda birgə fəaliyyət imkanları və hasilat layihələri üzrə əməkdaşlıq potensialı barədə müzakirələr aparıblar.

Dünya İqtisadi Forumunun idarəedici direktoru Mirek Duşek ilə görüşdə Azərbaycanın qlobal iqtisadi çağırışların təmin edilməsində fəal mövqeyi, aşağı karbonlu biznes həllərinin tətbiqi, COP29 çərçivəsində potensial tərəfdaşlıq məsələləri, əlverişli işgüzar mühit, özəl sektorun inkişafı trendləri barədə danışılıb.

Səudiyyə Ərəbistanı Krallığında Dünya İqtisadi Forumunun "Qlobal əməkdaşlıq, inkişaf və enerji inkişafı" tədbiri çərçivəsində "Dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısı - yüksək səviyyəli nahar: Qlobal təhlükəsizlik və inkişaf gündəliyinin planlaşdırılması" və “İnsanlar, Siyasət, Maliyyə: Ədalətli enerji keçidinin həyata keçirilməsi” mövzularında sessiyalar keçirilib. Qlobal inkişafa dair müzakirələrin aparıldığı sessiyalarda Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Səudiyyə Ərəbistanı Krallığında Azərbaycan nümayəndə heyətinin iştirakı ilə İslam İnkişaf Bankının İllik Toplantısı çərçivəsində COP29-la bağlı dəyirmi masa keçirilib. İqlim dəyişikliyi ilə mübarizədə təşəbbüslərin prioritet istiqamətləri barədə müzakirələrin aparıldığı tədbirdə “yaşıl” artım və Azərbaycanın dayanıqlı enerji potensialının reallaşdırılması sahəsində həyata keçirilən tədbirlər, qlobal iqlim öhdəliklərini reallığa çevirmək üçün birgə fəaliyyətin təşviqi, bərpa olunan enerji layihələri üçün mərkəzləşmiş maliyyələşmə mexanizmlərinin yaradılması məsələləri diqqət mərkəzinə gətirilib.

Azərbaycan nümayəndə heyəti həmçinin, İslam İnkişaf Bankının yaradılmasının 50-ci ildönümünə həsr edilmiş “Qızıl Yubiley” tədbirində iştirak edib. Tədbirdə Bankın Azərbaycanla uzunmüddətli və çoxtərəfli tərəfdaşlığının yüksək qiymətləndirildiyi və birgə təşəbbüslərin uğurla davam edəcəyindən əminlik ifadə olunub.

Nümayəndə heyətimizin Səudiyyə Ərəbistanı Krallığına səfəri davam edir.

Seçilən
37
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14981
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14981
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14955
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12599
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11051
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8974
"Zaur, yenə çaşdın..." - VİDEO
7669
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5813
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5020
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4422
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4408
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4082
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4000
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3772
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3117
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3097
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2866
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2853
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2707