AZ

"Philips"in itkiləri artıb

Dünyanın məşhur brendlərindən olan “Philips” şirkəti 2024-cü maliyyə ilinin ilk üç ayında satışlarının illikhəcmi 1% azalaraq 4,1 milyard avroya çatdığını açıqlayıb. Müqayisəli satışlar 2,4 faiz artıb. Analitiklər satışların 4,15 milyard avro olacağını gözləyirdilər.

“İki sahil” xəbər verir ki, satışların azalması ilə “Philips”in xalis zərəri 2024-cü ilin birinci rübündə 2023-cü ilin birinci rübü ilə müqaisədə i 665 milyon avrodan 998 milyon avroya yüksəlib. Səhmlərində zərər 0,72 avrodan 1,10 avroya yüksəlib. Analitiklər isə 64 milyon avro gəlir əldə olunacağını proqnozlaşdırırdılar.

Şirkətin icraçı direktoru Roy Jakobs bəyanatında Çin istisna olmaqla kənarda sifariş qəbulu artımının müsbətə çevrilməsi və güclü marjanın bərpasını əsas götürərək cari ilə plana uyğun başlandığını bildirib: “Əsas innovasiyaların işə salınması və həyata keçirilən prioritetlərimizə güclü dəstək və diqqət yetirməklə 2024-cü il üçün performansı təkmilləşdirmə planımıza əminik."

 

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla