AZ

Ölkəmizdə insanlara qarşı cəza siyasətində humanist addımlar atılıb – SHAM sədri

ABŞ-ın dövlət katibi Entoni Blinkenin növbəti dəfə Prezident İlham Əliyevə zəng etməsi bir daha ABŞ-ın Cənubi Qafqaz regionuna, o cümlədən Azərbaycana olan dövlətçilik marağından irəli gəlir.

Bu fikirləri Herbiand.az-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib. SHAM sədri bildirib ki, ölkəmiz bu günə qədər ABŞ ilə müxtəlif sahələrdə əməkdaşlıqlar edib:

“Bura təhlükəsizlik, enerji, insan hüquq və azadlıqları, demokratiya məsələləri aid olub. Həmçinin sülhməramlı missiya ilə bağlı əməkdaşlıq da burda yer alıb. Təbii ki, xoşagəlməz hallar da istisna deyil. İkinci Qarabağ müharibəsi, ondan sonrakı  proseslər və bu proseslərin fonunda Azərbaycan dövlətinin beynəlxalq aləmdə artan nüfuzunu və o cümlədən də onun rəhbərinin şəxsi nüfuzunun aşağı salınması ilə bağlı erməni diaspor və lobbi təşkilatları ABŞ-dakı təsir mexanizmlərini işə saldılar. Konqresdə, Senatda və digər dövlət qurumlarında Azərbaycana qarşı əsassız ittihamlarla bağlı çirkin kampaniyalara başladıldı. Heç bir dövlət arasında münasibətlər tam şəffaf, yəni tam ideal səviyyədə deyil. O cümlədən də Azərbaycanla ABŞ arasında da bu belədir. Amma hər bir halda prosesləri müqayisə etsək, daha çox münasibətlərin inkişaf etdirilməsi, normal səviyyəyə gətirib çıxarılması və yüksəldilməsi istiqamətindədir”.

Blinken Prezidentlə son telefon danışıqları zamanı insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirib. SHAM sədri bunu son zamanlar Azərbaycanda baş verən proseslərlə bağlı olduğunu qeyd edib. Bildirib ki, ölkəmizdə insanlara qarşı cəza siyasətində humanist addımlar atılıb:

“Baxmayaraq ki, onlar qanuna və hüquqa zidd addımlar atıblar. Amma dövlət humanist yanaşma tərzi ortaya qoyur. Bu istiqamətdə həbs qətimkan tədbirinin humanist addım kimi, beynəlxalq aləmdə mövcud olan bu tendensiyaya uyğun olaraq ev dustaqlığı və yaxud alternativ digər qətimkan tədbirləri ilə əvəz edir. Həmçinin 28 mayda növbəti dəfə imzalanacaq əfv sərəncamı böyük miqyaslı insanları əhatə dairəsinə alacaq. Əfv sərəncamı ilə bağlı müzakirələrin getməsi, artıq bir neçə iclasın keçirilməsi və bütün bu addımlar düşünürəm ki, ABŞ-ın ölkəmizə qarşı formalaşdırılmış olduğu çirkin kampaniyanın fonunda Azərbaycanın bu addımlarını təqdir etməsi təbii ki, reallığı özündə ehtiva edir. Düşünürəm ki, Blinkenin Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirməsi məhz o məqamlara hesablanmış addımdır”.

Elnurə İSAXAN

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla