AZ

Bakıda qoyun, toyuq-cücə bəsləyənlərin nəzərinə

Hit.az-a müraciət edən Cəmilə Babayeva qonşuların saxladığı ev heyvanlarının səs-küyünün və pis qoxusunun onlara narahtlıq verdiyini yazaraq, şəhərdə toyuq-cücə, qoyun-keçi, inək kimi ev heyvanlarının hansı qaydalarla saxlana biləcəyi barədə soruşub.

Hit.az-ın sualını cavablandıran hüquqşünas Elvin Həsənov qeyd edib ki, qanun Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydalarını müəyyən edib.
 
“Bu Qaydalar yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının  saxlanma şərtlərini, onların saxlanılmasına nəzarəti, heyvan sahibinin hüquq və vəzifələrini və digər qaydaları müəyyən edir. Ev heyvanları saxlayan şəxslər ərazinin epizootoloji sabitliyini və insanların sağlamlığını qorumağa borcludurlar.

Baytarlıq, sanitaiya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə  yalnız bir it və iki pişik saxlamağa icazə verilir. Şəhərdə qonşuları narahat edəcək digər heyvanların saxlanılması imkansızdır”.

Hüquqşünas qeyd edib ki, Qanun Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydalrının 4.4.2 maddəsinə əsasən, ev heyvanlarının ictimai yerlərdə, binaların ümumi istifadə yerlərində saxlanması və qidalandırılması qadağandır. Belə şəxslər cərimə olunmalıdır.

Murad

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla