AZ

Şok iddia: Netanyahu həbs olunacaq

İsrail hakimiyyəti getdikcə daha çox inanır ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Qəzzada hərbi əməliyyatlara görə yüksək vəzifəli İsrail rəsmilərinin həbsinə order vermək üzrədir.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat verib.

Nəşr mənbəsinə istinadən bildirir ki, Baş nazir Benyamin Netanyahu da daxil olmaqla, İsrailin bir çox rəsmilərinin həbsinə order verilə bilər.

Agentliyin həmsöhbətləri hesab edirlər ki, yüksək rütbəli məmurlar potensial olaraq Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olmaqda ittiham oluna bilər. Bundan əlavə, onlar 2023-cü il oktyabrın 7-də, yəni Fələstinin HƏMAS hərəkatı ilə müharibənin başladığı gün İsrailə edilən hücuma hədsiz sərt reaksiyaya görə məsuliyyət daşıya bilərlər.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla