AZ

Bakıda ən ucuz kommersiya obyektləri bu rayonlardadır - HESABAT

Bakının ayrı-ayrı rayonları üzrə kommersiya obyektlərinin qiymətləri fərqlidir.

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Bankı – ABB-nin «Bakı şəhəri üzrə daşımaz əmlak bazarının təhlili» üzrə hesabatındi bildirilir.

Bakıda kommersiya obyektlərinin orta qiyməti - 1,2 MİLYON MANATI KEÇDİ – HESABAT

Hesabata əsasən, qeyri-yaşayış və kommersiya obyektləri üzrə qiymətin ən yüksək olduğu rayon Səbail rayonudur. Səbail rayonunda 2021-ci ildə 1 m(2) üçün təqribi 5 100 manat tələb olunurdusa, 2023-cü ildə bu rəqəm təqribi 6 500 manata qədər yüksəlib.

Obyektlərin qiymətinə görə, sonrakı yerləri Nəsimi, Yasamal və Nərimanov rayonlar tutur. Burada 2023-cü ilin sonuna 1 kvadratmetrin orta qiyməti 3800-4200 manat arasında dəyişir. 

Paytaxtda obyektlərin qiymətinin ən aşağı olduğu rayonlar isə Xəzər və Qaradatğ rayonlardır. Bu rayonlarda 2021-ci ildə 1 m(2) üçün təqribi 1 100 manat idi, 2023-cü ildə də bu rəqəm dəyişməyib.

Son 3 ildə qiymətin ən çox artdığı rayon da məhz Səbail rayonudur – son 3 ildə burada bahalaşma 30%-ə çatır. Hesabatda deyilir ki, Səbail rayonunda müşahidə edilən kəskin qiymət artımı sahilboyu infrastrukturun inkişafı və qeyd edilən ərazilərdə son illərdə əhalinin daha sıx məskunlaşması ilə izah edilə bilər. Abşeron, Qaradağ, Suraxanı və Xəzər rayonlarında qiymətlərdə cuzi artımlar baş verib.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla

Reytinq