AZ

Keçmiş nazir Tbilisidəki aksiyada saxlanıldı

Tbilisidə "Xarici təsirin şəffaflığı haqqında" qanuna qarşı keçirilən etiraz aksiyası zamanı Gürcüstanın Avropaya inteqrasiya üzrə keçmiş dövlət naziri Aleksi Petriaşvili saxlanılıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin "Formula" telekanalı sabiq nazirin saxlanılma görüntülərini yayıb. 

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Petriaşvili xırda xuliqanlıq və polisə itaətsizlik maddələri üzrə saxlanılıb. 

Xatırladaq ki, Gürcüstan parlamenti aprelin 17-də "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub. Hazırda aksiyalar davam etdirilir. 

Onu da qeyd edək ki, bu gün Gürcüstan parlamenti qanun layihəsini ikinci oxunuşda müzakirələrə başlayacaq. Sənədin ikinci oxunuşda nə vaxt səsverməyə çıxarılacağı açıqlanmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla