AZ

Yaşlı insanların sayı artacaq, xəstəliklər geniş yayılacaq -Nazirdən maraqlı açıqlama - VİDEO

Əhalinin sayı artmaqdadır və 2050-ci il üçün dünyada 60-dan çox yaşı olan əhalinin sayı iki dəfə artacaq.

Medicina.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev REAL TV-yə müsahibəsində deyib.

Mir Şahinin suallarını cavablandıran nazir bildirib ki, bu uzunömürlülük nəticəsində bəzi xəstəliklərə daha geniş miqyasda rast gəldiyimizin şahidi olacağıq.

“Yaşlı əhaliyə fərqli səhiyyə xidmətləri göstərilməlidir. Yaşlaşan əhalinin özünəməxsus tibbi problemləri gündəmə gəlir. Bununla bağlı Səhiyyə Nazirliyinin strateji layihələndirmə qrupu mövcuddur. Həmin qrup produktiv şəkildə növbəti 5, 10, 20 il üçün proqnozları hazırlayaraq bundan irəli gələcək səhiyyə məsələrinin çözülməsi üçün hökumətə bir layihə təqdim edəcək”, - deyə o qeyd edib.

Nazir onu da vurğulayıb ki, Azərbaycanda səhiyyə sektorunda çalışan insan kapitalı 110 min nəfərin üzərindədir.

Daha ətraflı aşağıdakı videoda:



Aysel

Seçilən
102
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq