AZ

Qərar verildi - Köçəryanın sərvəti əlindən alınır

Ermənistan Baş Prokurorluğu keçmiş prezidenti Robert Köçəryan və ona yaxın 7 şəxsə 25 daşınmaz əmlakın dövlətin xeyrinə müsadirə edilməsi barədə tələb təqdim edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Anna Vardapetyan məlumat verib.

Həmçinin baş prokuror bildirib ki, Köçəryana 5 nəqliyyat vasitəsi və dəyəri 4 milyon dollardan çox qiymətli kağızların müsadirəsi tələbi irəli sürülüb.

Vardapetyan sabiq prezident və ətrafının açıqlanan və açıqlanmayan vəsaitləri və sərvəti qeyri-qanuni yollarla əldə etdiyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
18
Mənbələr
Şərh ()
Bağla