AZ

Urmu gölü yenidən quruyacaq - Ekoloq

Son aylar mövsimi yağıntılardan sonra Urmiya gölündə nisbi canlanmanın müşahidə olunması və hakimiyyətin bunu gölün bərpa layihəsinin uğuru kimi qələmə verməsi narazılıqla qarşılaşıb.

Bu barədə Təbriz Universitetinin hidrologiya və meteorologiya fakultəsinin müəllimi professor Behruz Sari açıqlama verib.

O, deyib ki, gölün bərpası ilə bağlı aparılan təbliğat əsassızdır və bu gedişatla Urmiya gölü bir müddət sonra yenidən quruyacaq.

"Yağıntılar nəticəsində göldə suyun cüzi şəkildə artmasını bayram etməyə dəyməz. Bir müddət sonra havaların istiləşməsi ilə eyni vaxtda göldə olan suyun çox hissəsi buxarnalacaq və göl yenidən quruyacaq. 30 milyard kubmetr tutumu olan göldə hazırda 2 milyard kubmetrə yaxın su var və bu minimum ekoloji səviyyədən də qat-qat azdır. Gölün bərpa olunmasından ən azından 14 milyard kubmetr su toplanandan sonra danışmaq olar",- deyə professor bildirib.

Bununla yanaşı  İranın Meşə və Otlaqlar Elmi-Tədqiqat İnstitutu professoru Məhəmməd Dərviş də ekoloji problemlə bağlı xəbərdarlıq edib.

O, Urmu gökündə toplanan az miqdarda suyun gölün bərpa layihəsi ilə heç bir əlaqəsi olmadığını deyib.

"Urmu gölündə su həcminin artmasının ölkə rəsmilərinə heç bir aidiyyatı yoxdur, bu allahın və təbiətin işidir. Havaların istiləşməsi ilə göldə olan su buxarlanacaq və 6 ay ərzində Urmu gölü yenidən quruyacaq",- Dərviş bildirib.

Qeyd edək ki, Urmu gölünün maksimum ekoloji su həcmi 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Ancaq son statistikaya görə, hazırda göldə təxminən iki milyard kubmetr su var.

visiontv.az



Seçilən
32
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq