AZ

Avtomobildə gizlədilən 21 kiloqramdan artıq heroin aşkarlandı

Bakı. Trend:

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postuvasitəsilə İran İslam Respublikasından gələrək, AzərbaycanRespublikasının ərazisindən tranzit keçməklə AvstriyaRespublikasına gedən yük nəqliyyat vasitəsi gömrük nəzarətixəttində yoxlanılıb.

Trend xəbərverir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində,alt yataqda yerləşən döşəyin içərisində 69 ədəd bağlamada,ümumilikdə təmiz çəkisi 21 kq 492,06 qram olan təhlükəli narkotikvasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Seçilən
132
12
Mənbələr
Şərh ()
Bağla