AZ

Azərbaycanın səhiyyə sisteminin tarixi qürurvericidir –Teymur Musayev

Hər bir ölkənin özünəməxsus səhiyyə tarixi var və şükür ki, Azərbaycanın səhiyyə sisteminin tarixi qürurvericidir.

Medicina.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev REAL TV-yə müsahibəsində deyib.

Mir Şahinin suallarını cavablandıran nazir 30-cu illərdə müəyyən yoluxucu xəstəliklərlə mübarizəni, eləcə də İkinci Dünya Müharibəsi dövründə yaralıların xidmətinə verilənqospitalların fəaliyyətini xatırladıb.

Nazir 70-80-ci illərdə silsilə şəkildə tikilib istifadəyə verilən müasir xəstəxanalara və elmi-tədqiqat institutlarına, eləcə də 2003-cü ildən başlayan dünyəvi müasir səhiyyə sisteminə keçid dövrünə diqqət çəkib. O, son illərdə səhiyyənin rəqəmsallaşmasının da rolunu xüsusi qeyd edib.


Aysel

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla