AZ

Paytaxtı yüngülləşdirməyin Özbəkistan modeli- FOTO

Özbəkistanın dövlət qurumlarının Yeni Daşkəndə köçürülməsi prosesi başlayıb. 

Avtosfer.az xəbər verir ki, bu idarələrin hazırki binaları satılacaq və əldə edilən vəsait yeni şəhərin tikintisinə sərf ediləcək. 
Qeyd edək ki, Yeni Daşkənd Özbəkistan paytaxtının 13-cü rayonu hesab edilir. Burada tikintiyə 2023-cü ildə başlayıb. Yeni şəhərin salınması üçün Daşkənd vilayətində 30 min hektardan çox ərazi ayrılıb. Çirçik çayı sahilindəki şəhərdə 1 milyon nəfərin yaşaması nəzərdə tutulub.
Özbəkistan hökumətini bu addımı atmağa paytaxtdakı ifrat sıxlıq məcbur edib. Ötən il şəhərin təməlqoyma mərasimində prezident Şavkat Mirziyoyev bildirmişdi ki, yeni şəhər salınmasa 5 il sonra Daşkənddə yaşamaq mümkün olmayacaq. 
Taşkənd əhali sayına görə (3 milyon nəfərdən çox) Orta Asiyada birinci, MDB məkanında isə üçüncü şəhərdir. Şəhərdə nəqliyyat sıxlığı həddən artıq çoxdur.

Vüqar

FOTO QALEREYA
Seçilən
14
Mənbələr
Şərh ()
Bağla