AZ

U-17 Tacikistana qalib gələ bildi

Ölkəmizin U-17 yığması Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf turnirində sonuncu oyununu keçirib.

Tacikistanla oyun 2:2 hesabı ilə yekunlaşıb, penalti seriyasında komandamız 3:1 hesablı qələbə qazanıb. Xatırladaq ki, U-17 ilk iki oyunda Belarusa 0:4, Özbəkistana 0:2 hesabı ilə məğlub olub. Oyundan sonra U-17-nin baş məşqçisi İlham Yadullayevin fikirlərini öyrəndik:

“Turnirin son oyunu idi, bu oyunu udmaq ücün əlimizdən gələni etdik. Uşaqlar yorulmuşdular artıq, cünki ardıcıl 3-cü oyunumuz idi, buna baxmayaraq, çox ürəkli, cəsarətli oynadılar. Nə gücləri vardısa, çalışdılar meydanda göstərsinlər. Ümumi turniri dəyərləndirsək, birinci oyunu çıxmaq şərtiylə sonrakı oyunlarda uşaqlar inkişaf etdilər, özlərinə inandılar və deyərdim ki, tam oyun yox, hardasa bir hissə keyfiyyətli oyun nümayiş etdirdilər”.

ELMİN
Seçilən
30
Mənbələr
Şərh ()
Bağla