AZ

Moskvada OLAY: 12-ci mərtəbədən yıxılan uşaq sağ qaldı

Moskvanın cənub-şərqində üç yaşlı uşaq 12-ci mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə Moskva vilayətinin prokurorluğu özünün teleqram kanalında məlumat yayıb.

Hadisə Kapotnyada baş verib. Üç yaşlı uşaq hündürmərtəbəli mənzilin pəncərəsindən yıxılıb.

Uşaq sağ qalıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.

Məlum olub ki, hadisə zamanı oğlanın anası mənzildə olub.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla