AZ

Pakistanda şaxtada partlayış baş verib

Pakistanın Xayber Paxtunxva əyalətinin Kurram rayonunda kömür şaxtasında baş vermiş partlayış nəticəsində azı 4 şaxtaçı yaralanıb, 2 nəfər itkin düşüb.

TASS xəbər verir ki, bu barədə “Express Tribune” qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisə aprelin 28-də rayonun mərkəzi hissəsində baş verib. Partlayış nəticəsində 6 şaxtaçı dağıntılar altında qalıb. Hadisənin səbəbi hələ müəyyən edilməyib.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir. Dörd şaxtaçı xilas edilərək yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Seçilən
48
11
Mənbələr
Şərh ()
Bağla