AZ

"Artıq Paşinyan da anlayır ki, Ermənistanın inkişafı sülh müqaviləsini imzalamaqdan keçir" - DEPUTAT

"Artıq Paşinyan da anlayır ki, Ermənistanın inkişafı sülh müqaviləsini imzalamaqdan keçir" - DEPUTAT

"Bu gün bəzi qüvvələri Paşinyanın Azərbaycanın şərtləri ilə razılşaması narahat edir".

Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, dörd kəndin heç bir güllə atılmadan Azərbaycana qaytarılması tezliklə sülh müqaviləsinin imzalaması ehtimalını artırdı:

"Azərbaycan-Ermənistan münaqişəsinin həlli hər iki tərəf üçün vacib və əhəmiyyətlidir. Bu gün Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlar prosesi ikitərəfli formatda uğurla davam edir. Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması qərbi narahat edir. 30 il ərzində bəzi dövlət və təşkilatlar İkinci Qarabağ müharibəsinə qədər Ermənistanla Azərbaycan arasında gərginliyi qorumaqla regiondakı təsir imkanlarını qoruyub saxlamağa çalışırdılar. Amma Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etməklə bu problemi həll etmiş oldu. Bu gün Qərb proseslərə öz maraqları konteksindən yanaşır. Azərbaycan-Ermənistan üzərindən müxtəlif oyunlar oynamqla regionda mövcud sabitliyi pozmağa çalışırlar".

Deputat vurğulayıb ki, qərb Ermənistanın sülh müqaviləsini imzalamasından narahatdır:

"4 kəndin qaytarılması Ermənistanın da sülh müqaviləsinin imzalamasına maraqlı olduğunun göstəricisidir. Amma bu gün bəzi dövlətlərin Ermənistanı hər addımda revanşist hərəkətlərə təhrik edərək sülhün və sabitliyin qarşısında maneə yaratmaq cəhdləri davam edir. Xüsusilə Fransanın. Fransa hər addımda Azərbaycan-Ermənistan arasında həll olunan münaqişəni yenidən alovlandırmağa cəhd edir. Qazaxın 4 kəndinin sülh yolu ilə Azərbaycana qaytarılması regionda vəziyyəti yenidən gərginləşdirmək istəyən qüvvələrin xain planlarının növbəti dəfə iflasa uğratdı. Əminəm ki, tezliklə digər 4 kəndin Azərbaycana qaytarılması və sülh müqaviləsinin imzalanması xəbərini eşidəcəyik. Artıq Paşinyan da anlayır ki, Ermənistanın inkişafı sülh müqaviləsini imzalamaqdan keçir".

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla