AZ

Rusiyada telefon uşağın əlində yanıb

Rusiya Federasiyasının Maqadan vilayətində yetkinlik yaşına çatmayanlar üçün sosial reabilitasiya mərkəzində telefon qəfil alışıb. Yanğın tez bir zamanda söndürülüb.

Herbiand.az bildirir ki, bu barədə “MaqadanMedia” xəbər agentliyi Rusiya Fövqəladə Hallar Nazirliyinin Maqadan vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Uşaqlardan birinin əlində telefon yanıb. Cihaz öz-özünə alışıb, bu zaman yanğın siqnalı işə düşüb. Yanğın yanğınsöndürən balonundan istifadə edilməklə tez bir zamanda söndürülüb”,  - MaqadanMedia qeyd edir.

Agentliyin məlumatına görə, insident nəticəsində xəsarət alan olmayıb. Sosial reabilitasiya mərkəzinin əmlakına ciddi ziyan dəyməyib, yalnız smartfonun düşdüyü yerdəki linoleum zədələnib.

Yanan telefonun markası və modeli göstərilmir. Rusiya Fövqəladə Hallar Nazirliyinin müstəntiqləri müəyyən edə biliblər ki, hadisədən bir neçə gün əvvəl smartfonda nasazlıq əlamətləri olub.

Xəbər agentliyi ehtimal edir ki, yanğına yəqin ki, bu nasazlıq səbəb olub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
63
50
Mənbələr
Şərh ()
Bağla