AZ

Vakansiyalarda olan “stressə davamlı” ifadəsi nəyə işarə edir?

Bir çox vakansiyalarda “stressə davamlı” işçi axtarıldığı yazılır. Bu, işə müraciət etmək istəyən şəxslərdə istər-istəməz narahatlıq yaradır. Şirkətlər vakansiyalarda bu kimi cəhətləri önə çıxararaq nəyi bildirmək istəyirlər?

Valyuta.az-a mövzu barədə danışan HR Hunter şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə deyir ki, stessə dözümlü ifadəsi hər vakansiya üçün uyğun deyil:

“Adətən, müştərilərlə işləyən işçilərdən stessə davamlılıq tələb olunur. Çünki hər xarakterdə müştəri ilə ünsiyyətdə olursan. Bu səbəbdən müştəri ilə ünsiyyətdə olan işçi səbirli olmalıdır. Əsas amil budur. Stresə davamlı tələbini ona görə qoyurlar ki, müraciət edən şəxs iş rejiminin gərgin, hətta toksik olduğunu bilsin. 

Əksər vakansiyalar isə kopyalanma nəticəsində yaranır. Yəni, iş elanını hər hansı mənbədən kopyalayırlar, onun içərisində də “stressə davamlılıq” yanaşması da qalır. Heç ona baxan da olmur. Ümumilikdə isə, günümüzdə ən aktual məsələlərdən biridir. Mütləq hər kəsin bu xüsusiyyəti və bacarığı olmalıdır. Çünki bu, həm ictimai həyatda, həm də iş həyatında çox lazım olur”.

Əvəz Həsənov

Seçilən
33
3
Mənbələr
Şərh ()
Bağla