AZ

COP29 sədrliyi bir neçə yeni təşəbbüs irəli sürəcək

COP29 sədrliyi bir neçə yeni təşəbbüs irəli sürəcək.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov İslam İnkişaf Bankı (İİB) qrupunun illik müşavirələri çərçivəsində "COP29-a doğru – prioritetlər və gündəm" mövzusunda təqdimatda deyib.

"COP29 sədrliyinin COP29-da bir sıra yeni təşəbbüs irəli sürəcəyi gözlənilir. Bu təşəbbüslərin hazırlanması və razılaşdırılması Xarici İşlər Nazirliyində aparıcı danışıqçının rəhbərlik etdiyi danışıq qrupu çərçivəsində müzakirə olunur", - o deyib.

H.Hüseynov qeyd edib ki, COP29-da danışıqlar iqlim maliyyələşdirməsi, şəffaflıq və milli səviyyədə müəyyən edilən töhfələrə (NDC - Nationally Determined Contribution) fokuslanacaq.

"COP29 prosesin irəliləməsi üçün bütün bu elementlərin birləşməsinə həsr olunacaq. Təşkilati Komitə hökuməti və QHT-ləri təmsil edən 57 üzvdən ibarətdir. Razılaşdırılmış mətndən praktik reallaşdırmaya və COP sədrlikləri arasında əməkdaşlığın genişləndirilməsinə sürətli keçid üçün "Troika" mexanizmi yaradılıb", - o deyib.

H.Hüseynov qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və COP29 sədrliyinin qarşısında tərəflərə ilin sonunadək şəffaflıq haqqında ilk 2 illik hesabatların təqdim olunmasında dəstək göstərilməsi üzrə mühüm iş dayanır.

"Bu hesabatlar irəliləyişin izlənilməsi və etimadın möhkəmləndirilməsi üçün zəruridir və COP29 tərəflərə dəstək üçün Azərbaycanda may ayından başlayaraq bir sıra seminarlar təşkil edəcək", - o deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Seçilən
53
3
Mənbələr
Şərh ()
Bağla