AZ

Ebru Ceylan Kann Film Festivalının münsifi seçildi

Rejissor Nuri Bilge Ceylanın həyat yoldaşı, fotoqraf və ssenarist Ebru Ceylan bu il keçiriləcək 77-ci Kann Film Festivalının münsiflər heyətinin üzvü seçilib.

Kulis.az xəbər verir ki, bu il münsiflər heyətinin sədri "Barbi" filminin rejissoru Qreta Qerviq olacaq.

Lili Qladston, Eva Qrin, Nadin Labaki, Xuan Antonio Bayona və Koreeda Hirokazu da festivalda iştirak edəcəklər.

Çərşənbə axşamı, mayın 14-də başlayacaq tədbirdə münsiflər heyətinə Frensis Ford Koppolanın “Meqapolis”, Devid Kronenberqin “Kəfənlər”, Yorqos Lantimosun “Xeyirxahlıq növləri”, Jak Audiardın “Emiliya Peres” və başqa filmlər təqdim olunacaq.

Münsiflər heyəti martın 25-də keçiriləcək bağlanış mərasimində ən yaxşı film üçün "Palma budağı" da daxil olmaqla, ondan çox kateqoriya üzrə qalibləri elan edəcək.

Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla