AZ

"Liverpul"un yeni baş məşqçisi Salahla bağlı qərarını verdi

"Liverpul"u yeni mövsümdən niderlandlı mütəxəssis Arne Slot çalışdıracaq.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər arasında anlaşma yaxın zamanda açıqlanacaq.

Slot komandanın hücumçusu Məhəmməd Salahla bağlı qərarını indidən verib. Bu haqda Ben Ceykob məlumat yayıb. Mütəxəssis misirli hücumçunun qalmasını istəyir. O, Salahın komandanın əsas fiqurlarından olacağını düşünür.

Salah 2017-ci ildən "Liverpul"un formasını geyinir. O, bu mövsüm 41 oyunda 24 qol vurub, 13 məhsuldar ötürmə edib.
Seçilən
22
Mənbələr
Şərh ()
Bağla