AZ

Si Cinpin buil ilk xarici səfərini Avropaya edəcək

Si

Pekin, 29 aprel, AZƏRTAC

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Avropa turnesi çərçivəsində Fransa, Macarıstan və Setbiyaya səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü xanım Hua Çunin açıqlama verib.

Si Cinpinin Avrpa turnesi mayın 5-dən 10-dək davam edəcək. Avropa ölkələrinə səfərlər Fransa Prezidenti Emmanuel Makronun, Serbiya Prezidenti Aleksandr Vuçiçin, Macarıstan Prezidenti Tamaş Şuyok və Baş nazir Viktor Orbanın dəvəti ilə reallaşacaq.

Qeyd edək ki, bu, Si Cinpinin cari ildə ilk xarici səfəri olacaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
34
11
Mənbələr
Şərh ()
Bağla