AZ

Azərbaycan Beynəlxalq Bankı-ABB səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK

 20.05.2024-cü il tarixində saat 1500-da Bakı şəhəri, Nizami küçəsi 67 ünvanında  Azərbaycan Beynəlxalq Bankı-ABB-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nizami küçəsi 67 ünvanında baş tutacaq.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. “ABB” ASC-nin kənar auditor tərəfindən yoxlanılmış 2023-cü ilin maliyyə hesabatları və idarəetmə hesabatının təsdiq edilməsi;

2. 2023-cü ilin maliyyə nəticələrinə əsasən “ABB” ASC-nin səhmdarlarına dividendin ödənilməsi;

3. “ABB” ASC-nin Müşahidə Şurasının tərkibi;

4. “ABB” ASC-nin İdarə Heyəti sədrinin təyin edilməsi;

5. “Banklarda korporativ idarəetmə Standartları”nın tələblərinə əsasən “ABB” ASC-də bir sıra əməkdaşların mükafatlarının təxirə salınması;

6. Əlavə səhmlərin buraxılması yolu ilə “ABB” ASC-nin nizamnamə kapitalının artırılması;

7. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Nizamnaməsinin və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurası haqqında Əsasnamənin yeni redaksiyada təsdiq edilməsi

Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələlər üzrə materiallar və səsvermə bülleteni 13.05.2024-cü il tarixindən Bankın rəsmi internet səhifəsində yerləşdiriləcək.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsini və “ABB” ASC-nin Nizamnaməsinin 8.10-cu bəndini nəzərə alınmaqla bildirilir  ki, ümumi yığıncağın gündəliyində olan məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə, bitərəf) və imzanız qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və s.) təsdiq edilmək, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərti ilə bülleten formasını bu bildirişdə qeyd edilən qaydada əldə edib, dolduraraq qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 ünvanına 20.05.2024-cü il tarixədək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.

Bununla yamnaşı yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılması ümumi yığıncağın keçirildiyi gün Bankın korporativ katibi tərəfindən həyata keçiriləcək.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla