AZ

Britaniyada hakimiyyət dəyişikliyi: Sunaka yol göründü

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının nümayəndələri mayda keçiriləcək seçkilərindən sonra Baş nazir Rişi Sunakı istefaya göndərməyə cəhd edə bilərlər.

Teleqraf.com xəbər verir ki, “Financial Times”a Britaniya siyasi elitasının mənbələri məlumat verib.

“Mayın 2-də keçiriləcək seçkilərdən sonra hakim Mühafizəkarlar Partiyasının deputatları Rişi Sunakı vəzifəsindən uzaqlaşdırmağa cəhd edə bilərlər. Onlar etimadsızlıq proseduruna başlamaq istəyirlər. Bunun üçün parlamentin müvafiq komitəsinə 52 mühafizəkar deputatın ərizəsi lazımdır”, - mənbələr nəşrə deyib.

Eyni zamanda, nəşrin yazdığına görə, hazırda Sunaka uyğun alternativ yoxdur.

“Bloomberg” bildirir ki, Sunakın dəyişdirilməsi ilə bağlı müzakirələr bir neçə aydır davam edir. Mənbənin iddiasına görə, müzakirəyə Sunakın lazımi məqamlarda tez siyasi qərarlar qəbul edə bilmədiyini göstərən bir sıra səhvlər səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
19
Mənbələr
Şərh ()
Bağla