AZ

Məktəb direktoru müəllimləri şantaj edərək rüşvət yığırmış

Mənimsəmə və rüşvət alma kimi cinayətlərdə təqsirləndirilən Xocavənd rayonunun Qaradağlı kənd orta məktəbinin sabiq direktoru İngilis Tağıyevə hökm oxunub.

Redaktor.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə İngilis Tağıyevin məktəbin bir neçə müəllimini şantaj edərək rüşvət aldığı, məktəb üçün ayrılan vəsaitləri ələ keçirdiyi bildirilib.

Bəlli olub ki, 2002-ci ildən 2022-ci ilədək məktəbə rəhbərlik etmiş İ.Tağıyev işə çıxmayan bir qrup müəllimin adına açılmış əməkhaqqı kartlarını özündə saxlayaraq külli miqdarda pul mənimsəyib. Bundan başqa, onun bir neçə müəllimdən hədə-qorxu yolu ilə pul tələb edərək aldığı da müəyyən edilib. 2022-ci ildə məktəb kollektivindən bir sıra müəllim İngilis Tağıyevin əməlləri barədə hüquq-mühafizə orqanlarına və Təhsil Nazirliyinə şikayət ediblər. Bundan sonra o, vəzifədən azad edilib və barəsində cinayət işi başlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda İ.Tağıyev Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 311.3.2, 311.3.3, 311.3.4 və 313-cü (Mənimsəmə (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla, hədə-qorxu tətbiq etməklə və külli miqdarda rüşvət alma, vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Ona 2 il müddətə vəzifə tutmaq qadağan edilməklə 5 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Həmçinin onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib (qafqazinfo).

Seçilən
45
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14739
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14545
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14505
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12302
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
10687
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8743
"Zaur, yenə çaşdın..." - VİDEO
7616
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5712
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
4555
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4197
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4175
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3983
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3895
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3661
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3073
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3064
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2840
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2816
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2682