AZ

Konsul Nizamnaməsi ilə bağlı bir sıra sənədlərdə dəyişiklik edildi - FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının KonsulNizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Qanununun tətbiqi vəbununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzifərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Trend xəbər verir ki, fərmana əsasən, müəyyən edilib ki,Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəliQanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının KonsulNizamnaməsi”nin 92-ci maddəsinin birinci hissəsində və 93-cümaddəsinin mətnində nəzərdə tutulmuş müvafiq icra hakimiyyətiorqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidentihəyata keçirir;

həmin Qanunun 92-ci maddəsinin birinci hissəsində və 93-cümaddəsinin mətnində “orqan (qurum)” dedikdə AzərbaycanRespublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan RespublikasınınSəhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Qida TəhlükəsizliyiAgentliyi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Nazirlər Kabineti “AzərbaycanRespublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilətəsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndədəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il29 mart tarixli 1111-VIQD nömrəli Qanunundan irəli gələn məsələlərihəll etməlidir.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevraltarixli 532 nömrəli Fərmanı (Azərbaycan RespublikasınınQanunvericilik Toplusu, 2007, № 2, maddə 98 (Cild I) ilə təsdiqedilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqındaƏsasnamə”nin 14.1-ci bəndində “və Nazirliyi” sözləri “, Nazirliyivə digər dövlət orqanlarını (qurumlarını)” sözləri ilə əvəzedilib.

“Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan RespublikasınınKonsul Nizamnaməsi”ndə, “Xüsusi mühafizə olunan təbiət əraziləri vəobyektləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Baytarlıqhaqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasınınqanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının2019-cu il 27 iyun tarixli 1616-VQD nömrəli Qanununun tətbiqi,Azərbaycan Respublikası Prezidentinin “Baytarlıq haqqında”Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ciil 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişiklik edilməsi və“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi iləəlaqədar əlavə tədbirlər barədə” 2007-ci il 11 aprel tarixli 562nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan RespublikasıPrezidentinin 2019-cu il 2 avqust tarixli 803 nömrəli Fərmanının(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8,maddə 1386 (Cild I) 2-ci hissəsi ləğv edilib.

Seçilən
23
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq