AZ

Mask da Tramp kimi düşünür: Ukrayna məğlub olsun, savaş bitsin

Amerikalı sahibkar İlon Mask Ukraynanın təhlükəsizliyinə dair hazırlanan, növbəti 10 il ərzində ABŞ-nin bu ölkəyə dəstəyinin səviyyəsini müəyyən edəcək sazişi çılğınlıq hesab edir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Bu dəlilikdir. “Əbədi müharibə” deməkdir, - deyə Mask öz səhifəsində amerikalı milyarder və sahibkar David Saksın yazdığı mesajı şərh edib: “Ukrayna ABŞ ilə növbəti 10 il üçün dəstək səviyyəsini müəyyən edəcək təhlükəsizlik sazişi üzərində işləyir”.

Saks qeyd edib ki, Vaşinqtonda son yardım paketinin bir hissəsi kimi təsdiqlənən 61 milyard dollar yalnız başlanğıcdır.

Qeyd edək ki, Rusiya Ukraynada “xüsusi əməliyyat” adlandıraraq başladığı müharibənin ilk vaxtlarından eks-prezident Donald Tramp kimi iş adamı İlon Mask da Ukraynanın savaşda məğıub olmasını Avropada sülhün təmin edilməsinin başlıca şərti kimi görür və vaxtaşırı bu barədə açıqlama verir.

Təsadüfi deyil ki, Krım parlamentinin rəhbəri Vladimir Konstantinov keçən il bu vaxtlar Donald Trampı və İlon Maskı Krıma dəvət etmişdi.

Musavat.com

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla