AZ

Blinken Səudiyyə Ərəbistanında SƏFƏRDƏDİR

ABŞ Dövlət katibi Antoni Blinken Yaxın Şərq turnesi çərçivəsində Səudiyyə Ərəbistanında səfərdədir.

 

Sfera.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

 

Onun Ər-Riyadda Səudiyyə Ərəbistanı rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

 

Bundan başqa, A.Blinken bu ölkəyə səfərdən sonra Misir, İordaniya, Qətər və BƏƏ-dən olan tərəfdaşlarla məsləhətləşmələr aparacaq.

 

Belə ki, Dövlət katibi bu həftənin sonunda İordaniya və İsrailə səfər edəcək.

 

O, İsraildə Baş nazir Benyamin Netanyahu ilə görüşəcək və onunla Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılması üçün növbəti addımları müzakirə edəcək.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla